Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

1 dəqiqəlik moizə:"İstəyirəm deyim ki, mən üsyankar deyiləm"

Yayınlanma tarixi: 11.01.2017 15:32:47

İslamazeri.az-ın "Din" rubrikasından...

Mərhum Axund Kaşi barədə deyirlər ki, dəstəmaz aldıqda bütün müstəhəblərə riayət edirdi və dəstəmazı çox uzun çəkirdi. Bir nəfər gəlib tələsik dəstəmaz alaraq gedir. Axund dəstəmazını qurtarınca, o artıq namazını da tamamlayır. O məsciddən çıxanda Axund ona deyir: Bu nə namaz idi? O, deyir: Ağa, biz həqiqi namaz qılmırıq, istəyirik Allaha deyək ki, itaət etməyən və üsyankar deyilik. Axund onun sözündən təəccüb edir və deyir: Bu adam necə də gözəl başa düşüb. Hər namazda istəyirəm Allaha deyəm ki, mən üsyankar deyiləm.

Ustad Furuği

Yuxarı