Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

AİP rəhbərliyi Ayətullah Rəfsəncaninin vəfatı ilə bağlı İran səfirliyində olub

Yayınlanma tarixi: 11.01.2017 14:41:00

Səfirlikdə AİP rəhbərliyini İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, İran İslam Mədəniyyət Mərkəzinin rəhbəri Seyyid Ocaq Necat və digər rəsmilər qarşılayıblar.

AİP Böyük İslam alimi, ictimai-siyasi xadim, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar İran səfirliyində olublar.
İslaminsesi saytı xəbər verir ki, səfirlikdə təşkil edilən anım mərasiminə qatılan AİP-in sədr əvəzi Hacı İlham Əliyev və digər partiya funksionerləri Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə bağlı islam inqilabının rəhbəri, Ayətullah-üzma, Vəliyi-fəqih Seyid Əli Xameneyi cənablarına və bütün İran xalqına başsağlığı verib.
Səfirlikdə AİP rəhbərliyini İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə, Ayətullah-üzma, Vəliyi-fəqih Seyid Əli Xameneyinin Bakıdakı nümayəndəsi Seyyid Ocaq Nejat, İran İslam Mədəniyyət Mərkəzinin rəhbəri doktor İbrahim İbrahimi və digər rəsmilər qarşılayıblar.

Qalereya

img
img
img
img
Yuxarı