Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Gəncədə Polis İdarəsində ölüm hadisəsi

Yayınlanma tarixi: 11.01.2017 16:21:16

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Gəncə şəhər Baş Polis İdarəsinin işçisi iş otağında vəfat edib. Hadisə bu gün qeydə alınıb. Gəncə şəhər Baş Polis İdarəsində həkim işləyən 1963-cü il təvəllüdlü Mehdi Musayev iş otağında dünyasını dəyişib. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.
Meyit üzərində hər hansı xəsarət aşkarlanmayıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.(APA)

 

Yuxarı