Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

İraq Baş naziri: Türkiyə hərbçilərini Başikadan çıxarmasa... - VİDEO

Yayınlanma tarixi: 11.01.2017 19:00:09

İraqın Baş naziri Heydər əl-İbadi Ankara münasibətlərin türk hərbçilərinin Şimali İraqdakı Başika bazasından çıxmadıqca "bir addım belə irəliləməyəcəyini" deyib.

İraqın Baş naziri Heydər əl-İbadi Ankara münasibətlərin türk hərbçilərinin Şimali İraqdakı Başika bazasından çıxmadıqca "bir addım belə irəliləməyəcəyini" deyib.
Türkiyə hərbçiləri İraqın İŞİD terrorçularına qarşı həyata keçirdiyi Mosul əməliyyatından öncə Başika hərbi bazasında yerləşmişdi. Türkiyənin baş naziri Binəli Yılıdırım ötən həftə Bağdada etdiyi rəsmi səfərdə İbadi ilə Başika məsələsini müzakirə edib.
Yıldırım daha sonra verdiyi açıqlamada Türkiyənin İraqın ərazi bütövlüyünə hörmətlə yanaşdığını, ancaq Türkiyənin təhlükəsizlik baxımından Başikada olan hərbçilərinin vəziyyət düzələndən sonra buradan çəkiləcəyini bildirib. (APA)

Yuxarı