Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Əli İnsanovun həbs müddəti növbəti dəfə artırıldı

Yayınlanma tarixi: 11.01.2017 17:46:57

Bu haqda onun vəkili Toğrul Babayev bildirib.

Qaradağ Rayon Məhkəməsi yanvarın 10-u sabiq səhiyyə naziri Əli İnsanovun həbs müddətinin uzadılmasına qərar verib.

Bu haqda onun vəkili Toğrul Babayev bildirib.

Müdafiə tərəfinin arqumentlərini qəbul etməyən məhkəmə prokurorluğun təqdimatını uyğun bilib. Sabiq nazirin məhkəməyə qədər həbs müddəti daha 2 aylığa uzadılıb.

 

Xatırlatma

 

Ə. İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub.

Ancaq azadlığa çıxmasına bir neçə ay qalmış - ötən il avqustun 24-də Ə.İnsanova yeni cinayət işi açılıb. Sabiq nazirə Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə), 234.1 (satış məqsədi olmadan qanunsuz narkotik vasitələri şəxsi istehlak miqdarından artıq əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə ittiham elan edilib.

Qaradağ Rayon Məhkəməsi avqustda keçmiş səhiyyə nazirinin məhkəməyə qədər 3 ay həbsdə tutulmasına qərar vermişdi. Həmin qərarda qeyd edilirdi ki, Ə. İnsanov xidməti vəzifəsini yerinə yetirən ədliyyə mayoruna zor tətbiq edib, onun boğazını sıxıb, poqonlarını qoparıb.

Ə.İnsanov ittihamları qəbul etmir. Bunu onu həbsdə saxlamaqdan ötrü düşünülmüş ssenari sayır.

Oktyabrda sabiq nazirin həbs müddəti daha 3 aylığa artırılmışdı.

Həmin müddət sabah, yanvarın 11-də başa çatırdı.

Ə. İnsanov 2005-ci ilin oktyabrında həbs edilib. Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla üzləşən sabiq nazir 11 il azadlıqdan məhrum olunub.

Yuxarı