Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Mehman Hüseynovun vəkili DİN-nin açıqlamasına münasibət bildirdi: Qan izləri... - FOTO

Yayınlanma tarixi: 11.01.2017 17:45:43

Bloqqerin vəkili Elçin Sadıqov nazirliyin açıqlamasına münasibət bildirib.

Xəbər verdiyimiz kimi Daxili İşlər Nazirliyinin bloqqer Mehman Hüseynovla bağlı məlumat yayıb. Bloqqerin vəkili Elçin Sadıqov nazirliyin açıqlamasına münasibət bildirib. O qeyd edib ki, sözügedən bəyanat həqiqəti əks etdirmir.

"Dünən Mehman Hüseynovun bədənindəki xəsarətlərə, paltarındakı zədələr və qan izlərinə baxmışam. Həmin baxış zamanı çəkilmiş fotoşəkilləri əlavə edirəm. Bədənində olan bəzi xəsarət yerlərinin şəkillərini etika naminə, hələ, yaymıram”,-deyə o bildirib.

Mehman Hüseynov yanvarın 9-u axşam saatlarında 22-ci Polis Bölməsinin əməkdaşları tərəfindən tutulub. O, polislərin əmrinə tabe olmamaqda təqsirləndirilərək 200 manata məbləğində cərimə edilib.

Qalereya

img
img
img
Yuxarı