Yüklənir

Səhifə yüklənir, gözləyin...

Əsas səhifə Xəbərlər Video Qalereya WEB Bağla

Obama: Mən İsrailə xəyanət etməmişəm

Yayınlanma tarixi: 11.01.2017 14:39:26

ABŞ prezidenti BMT-də İsrail şəhərciyinin salınmasına veto qoyması barədə danışıb

İslamazeri.az-ın “Presstv”-yə istinadən verdiyi xəbərə görə, ABŞ respublikaçıları və İsrail rejiminin baş naziri Benyamin Netanyahu tərəfindən xəyanətdə günahlandırılmasına münasibət bildirən Obama deyib: “Mənə atılan bu ittihamlar BMT-də İsrailin şəhərcik layihəsinə qəbul olunan qətnaməyə görədir. Mən özümü düzgün bildiyim işi görməyə məcbur edirəm. Mənə verilən suallardan biri budur ki, İsrail əleyhinə atdığım bu addımdan sonra rahat yata biləcəyəmmi? Məncə bundan daha yaxşı sual budur ki, Netanyahu yanvarın 20-dən (Trampın fəaliyyətə başlayacağı tarıxdən) sonra rahat yata biləcəkmi? Mən bu qətnaməni dəstəkləməmişəm. Biz İsrailin şəhərcik layihəsini bu rejimin Fələstinlə problemlərinin həlli üçün mane hesab edirik.”

Yuxarı